4 C
Baku
11 Fevral 2026, 23:30
Baş xəbərDünya

Sionist rejim Beyruta hücum edir

Noyabrın 27-də Livanla atəşkəsin qüvvəyə minməsindən sonra sionist rejim döyüş təyyarələri ilk dəfə Beyruta hücum edib. Paytaxt Beyrutun cənubunda yerləşən Əl-Hədes məhəlləsinə hava hücumu təşkil edilib.

Döyüş təyyarələri Beyrutun cənubunda bir binanı iki raketlə hədəfə alıb. Hücum nəticəsində Hades rayonundakı bina dağıdılıb.

Sionist rejim ordusunun sözçüsü Aviçay Adraee bildirib ki, Hizbullah Hades məhəlləsinə edilən hücumda hədəf alınan binada pilotsuz uçuş aparatları gizlədir.

İşğalçı ordunun pilotsuz uçuş aparatları (PUA) da döyüş təyyarələrinin bombardman etməzdən əvvəl eyni bölgəyə üç dəfə hücum etmişdi.

İlkin məlumata görə, hücumlar nəticəsində 1 nəfər ölüb, 3-ü uşaq olmaqla 8 nəfər yaralanıb.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Lavrov: Ukrayna ilə Rusiyanın maraqlarına zidd sülh sazişi imzalanmayacaq

Aynur Camal

Müsəlmanlara qarşı ayrı-seçkiliyə görə CNews kanalına 100 min avro cərimə

Aynur Camal

Həkim D vitamininin əlçatan mənbələrini açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu