14 C
Baku
17 Aprel 2026, 21:35
Sosial

“Vətəndaş cəmiyyəti institutlarına əlavə vəsait ayrılmalıdır”

“Azərbaycanda insan alveri qurbanlarının reablitasiyası məqsədilə vətəndaş cəmiyyəti institutıarının yaratdığı sığınaacaqlarda vəzziyyət o qədər yaxşı deyil. Kiçik, darısqal otaqlara onlarla insan alveri qurbanının sığınması ciddi problemlər yaradır”.

Bugun.tv xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev səsləndirib. Millət vəkili deyib ki, ona görə də bu fəaliyyətlə məşğul olan vətəndaş cəmiyyəti institutlarına əlavə vəsaitlər ayrılmalıdır:

“Düzdür, bu kifayət qədər böyük vəsaitdir. Ancaq hesab edirəm ki, bu istiqamətdə müəyyən addımlar atmaq olar”.

Razi Nurullayev onu da deyib ki, DİN-in tabeliyində olan insan alveri qurbanlarının sığınacaq mərkəzində isə şərait kifayət qədər yaxşıdır və mərkəz hər bir şəraitlə təmin olunub:

“Biz özümüz həmin mərkəzlə tanışlıq zamanı bunu aydın şəkildə görmüşük”.

Aynur Camal

Oxşar xəbərlər

“Oyun sonrası depressiya” nədir və kimlərdə baş verə bilər?

Aynur Camal

Qida məhsulu: Orqanlar və onların faydaları

Aynur Camal

“Silinən izlər. Azərbaycan İrəvanı” sənədli filminin təqdimatı baş tutub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu