DünyaSiyasət

Marsel hava limanı bağlandı

Fransanın cənubundakı Pennes-Mirabeau şəhərində baş verən yanğınla əlaqədar Marsel Provans hava limanı müvəqqəti olaraq bağlanıb.

Fransanın Marsel şəhərindən təxminən 20 kilometr aralıda yerləşən Pennes-Mirabeau şəhərində günorta saatlarında naməlum səbəbdən yanğın baş verib.

Yanğının söndürülməsi üçün hadisə yerinə 168 yanğınsöndürən və 70-ə yaxın yanğınsöndürən maşın göndərilib.

Yanğın nəticəsində təxminən 30 hektar yaşıllıq sahəsi külə dönüb, Marsel Provans hava limanı isə müvəqqəti olaraq bağlanıb.

Qubernatorluq yerli sakinlərdən zərurət olmadıqca evlərini tərk etməməyi xahiş edib.

Pennes-Mirabeau və Marsel arasındakı A55 avtomobil yolu da nəqliyyatın hərəkəti üçün qismən bağlanıb.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Aİ-də süni intellektlə yaradılan məzmuna etiket məcburi olacaq

Aynur Camal

15 fil öldü, sianid zəhərlənməsi ilə əlaqələndirilir

Aynur Camal

Zelenski: ABŞ Patriot raketlərinin birgə istehsalına siyasi razılıq verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu