27 C
Baku
21 Sentyabr 2026, 20:05
Mars, Mars 2020, Perseverance, NASA, Mars kraterləri, Mars torpağı, kosmik araşdırmalar, Geophysical Research Letters
Dünya

Marsda yaranan 5 süni krater alimlərə yeni məlumat verdi

Bugun.tv xəbər verir ki, NASA-nın “Mars 2020” missiyası zamanı Marsın səthində yaranan beş kiçik krater alimlərə planetin torpağının mexaniki xüsusiyyətləri barədə yeni məlumatlar əldə etməyə imkan verib.

Mail.ru-nun məlumatına görə, kraterlər “Perseverance” aparatının Marsa enişi zamanı, 18 fevral 2021-ci ildə yaranıb. Aparatın eniş prosesi zamanı iki volfram yükü və uçuş mərhələsindən ayrılan hissələr Marsın səthinə böyük sürətlə çırpılıb. Nəticədə ümumilikdə beş krater əmələ gəlib.

Alimlər üçün bu zərbələrin əsas üstünlüyü ondan ibarətdir ki, toqquşan hissələrin kütləsi, forması və hərəkət istiqaməti əvvəlcədən məlum olub. Bu isə təbii meteoritlərin yaratdığı kraterlərdən fərqli olaraq Mars torpağının xüsusiyyətlərini daha dəqiq qiymətləndirməyə imkan verib.

Araşdırmada müəyyən edilib ki, iki volfram yükünün yaratdığı kraterlərin təhlili Mars səthinə yaxın torpağın yapışma qabiliyyətini və möhkəmliyini hesablamağa imkan verir. Tədqiqatçılar bu üsulun gələcək Mars missiyalarında da istifadə oluna biləcəyini düşünürlər.

Elm adamlarının fikrincə, kosmik aparatların bəzi hissələrinin əvvəlcədən hesablanmış şəkildə səthə çırpılması gələcəkdə Mars və digər göy cisimlərinin torpaq qatlarını öyrənmək üçün idarə olunan təcrübəyə çevrilə bilər. Araşdırmanın nəticələri Geophysical Research Letters jurnalında dərc olunub.

Mənbə:  mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Sarıkökdə beynin bioloji yaşını azaltmağa kömək edə biləcək maddələr aşkarlanıb

Aynur Camal

Rusiyada parlament seçkilərinin ilkin nəticələri: Putinin partiyası öndə

Aynur Camal

Suriyada hərbi obyektin yaxınlığında güclü partlayışlar baş verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu