5 C
Baku
30 Yanvar 2026, 1:55
Baş xəbər

TBMM-də tarixi gün! Terrorsuz Türkiyə komissiyası ilk dəfə toplanır

Bugun.tv xəbər verir ki, “Terror təsirindən azad Türkiyə” hədəfi istiqamətində TBMM-də yaradılacaq komissiyanın ilk toplantısı bu gün keçiriləcək. Komissiya, ad müzakirəsi ilə başlayacaq. DEM-in etirazı MHP-nin ad israrı və CHP-nin demokratiya vurğusu ilə komissiyanın adı müzakirə olunacaq. Terror təsirindən azad Türkiyə komissiyası, TBMM sədri Numan Kurtulmuşun rəhbərliyində bu gün saat 11:00-da TBMM Tədbir Salonu’nda toplanacaq. Kurtulmuşun açılış nitqindən sonra siyasi partiya nümayəndələri komissiyada öz fikirlərini və dəyərləndirmələrini bölüşəcəklər.
Haberler.com-un məlumatına görə, komissiyanın adı da müzakirə məsələsinə çevrilib. AK Parti iqtidarı, prosesi “Terror təsirindən azad Türkiyə” adlandırarkən, DEM Partiya bu ada etiraz edib. DEM Partiya, komissiyanın “Sülh və Demokratik Cəmiyyət Komissiyası” olaraq adlandırılmasını tələb edib. MHP isə komisyaya “Millî Birlik və Dayanışma Komissiyası” adının verilməsini istəyib. DEM Partiyanın etirazından sonra, MHP Başqan müavini Feti Yıldızın “Qardaşlıq və Dayanışma Komissiyası” ifadəsini işlətməsi müzakirə yaradıb.
Bugün TV

Oxşar xəbərlər

“Cəzasızlıq müasir münaqişələri alovlandırır”

Aynur Camal

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyəyə rəsmi səfər edəcək

Aynur Camal

Zəncəfilin sağlamlığa faydaları və istifadəsində diqqət edilməli məqamlar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu