Digər

Türkiyədə yayın əvvəlindən indiyədək beş mindən artıq meşə yanğını baş verdi

Bugun.tv xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib. İqlim dəyişikliyinə diqqət çəkən nazir bunun ən mühüm təzahürünün meşə yanğınları olduğunu, bu halın ərzaq təchizatı və təhlükəsizliyini də çətinləşdirdiyini deyib. Qlobal istiləşmənin, həmçinin su problemi yaratdığını diqqətə çatdıran nazir qlobal iqlim dəyişikliyinin Türkiyəyə çox təsir edəcəyini söyləyib.

“Əgər suya qənaət etməsək, böyük bir problemlə üz-üzə qalacağımız aydındır. Buna görə də bizim su ehtiyatlarımızı səmərəli şəkildə istifadə etməkdən başqa çıxış yolumuz yoxdur”, – deyə Yumaklı bildirib.

Bugün TV

Oxşar xəbərlər

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Məhəmməd Əsədullazadə: Netanyahu Rusiyaya qarşı sanksiyalar məsələsində ABŞ siyasətinə təsir göstərə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu