Baş xəbərDünya

İran XİN BAEA ilə danışıqların yeni mərhələsinin başlayacağını elan etdi

Bugun.tv xarici mediaya istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib. İranlı diplomat mətbuat konfransında deyib: “Ola bilsin ki, agentliklə danışıqların növbəti raundu yaxın günlərdə baş tutsun”. İran rəsmiləri ilə BAEA nümayəndəsi arasında avqustun 11-də Tehranda keçirilən danışıqlardan sonra İslam Respublikası xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, tərəflər İranın nüvə proqramı üzrə məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər. Diplomat qeyd edib ki, BAEA Baş direktorunun müavini Massimo Aparo ilə görüşdə hazırkı şəraitdə Tehranla agentlik arasında qarşılıqlı fəaliyyət formatı müzakirə olunub.

Bugün TV

Oxşar xəbərlər

BMT: Dünyada 117 milyondan çox insan məcburi köçkün vəziyyətindədir

Aynur Camal

Haaretz: Netanyahu hökuməti İsrailin ABŞ-dakı nüfuzuna zərər vurub

Aynur Camal

Papa XIV Leo: Texnologiya insanın xidmətində olmalıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu