Digər

Alimlər ilk dəfə qoz qabığından su-elektrik generatoru hazırladılar

Bugun.tv xəbər verir ki, tədqiqatın nəticələri “Energy & Environmental Materials” jurnalında dərc olunub. Tədqiqatçılar badam, fındıq, pekan və qoz qabıqlarını istifadə ediblər. Bu qabıqlar mikrokanallar və hidrofilik qruplarla zəngindir. Su ilə təmasda olarkən bu mikrokanallar hidrovoltaj effekti yaradır və bu, buxarlanma və kapilyar qüvvələrin təsiri ilə ionların hərəkətinə səbəb olur. Nəticədə elektrik cərəyanı yaranır. Qoz qabığından hazırlanmış cihaz sabit 600 mV-dan yüksək gərginlik və 5,9 μVt/sm²-dən çox güc sıxlığı nümayiş etdirib və bir həftə boyunca işləyib. Xüsusi işlənmə prosesindən sonra elektrik gücü artıb və gərginlik 1,21 V-a çatıb, maksimum cərəyan sıxlığı isə 347,2 μA/sm²-ə yüksəlib. Bu da əksər üzvi və qeyri-üzvi analoqlardan yüksəkdir. İki belə cihaz birləşdirildikdə əlavə elektrik enerji çeviriciləri olmadan LCD kalkulyatoru işlədə bilib.

Bugün TV

Oxşar xəbərlər

Solaris Psixologiya Mərkəzinin rəsmi saytı istifadəyə verilib.

Teymur Əziz

Nizə zərbəsi ilə öldürülmüş neandertalın qalıqları aşkarlandı

Aynur Camal

Hazır qidalar beyində gizli zədələnmə riskinin artması ilə əlaqələndirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu