Digər

Qazaxıstanda təyyarələrə lazer yönəldilməsinə görə cinayət məsuliyyəti tətbiq olunur

Bugun.tv xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu tədbir sərnişinlərin və ekipaj üzvlərinin həyat və sağlamlığını təhlükə altına sala biləcək qəzalara yol verilməsinin qarşısını almağa yönəlib. Qeyd olunur ki, lazer şüaları real təhlükə yaradır. Onlar pilotu kor edə və ya müvəqqəti görmə itkisinə səbəb ola bilər ki, bu da xüsusilə qalxış və eniş zamanı kritik hesab olunur. Vurğulanır ki, bu cür hərəkətlərin təhlükəli və qanunsuz olmasını hamı dərk etməlidir. Qanunu pozanları azadlıqdan məhrumetməyədək cəza gözləyir.

Bugün TV

Oxşar xəbərlər

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Banksy Londonda gecə yarısı gizli əməliyyatla heykəl ucaltdı

Aynur Camal

SpaceX Falcon 9 raketinin üst mərhələsi Ay səthinə çırpılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu