4 C
Baku
15 Yanvar 2026, 1:48
Digər

Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?

İqtisadçı deputat Vüqar Bayramov öz sosial media hesabında paylaşımında bildirib ki, gələn aydan etibarən qeyri-neft və qeyri-dövlət sektorunda çalışan vətəndaşlar üçün tətbiq edilən fiziki şəxslərin gəlir vergisi üzrə mövcud güzəştlərin müddəti başa çatır. “Vergi Məcəlləsinə” edilmiş dəyişikliklərə əsasən, növbəti ildən etibarən əməkhaqqısı 2500 manatadək olan vətəndaşlardan 3 faiz gəlir vergisi tutulacaq.

Deputatın sözlərinə görə, yeni mexanizm çərçivəsində özəl sektorda çalışan vətəndaşların əksəriyyəti üçün vergi güzəştləri davam etdiriləcək. Belə ki, qanunvericiliyə əsasən, bütün muzdlu işçilərə aylıq 200 manat məbləğində vergi güzəşti tətbiq olunur. Bu o deməkdir ki, özəl sektorda çalışan və maaşı 1000 manat olan vətəndaş gələn aydan etibarən cəmi 24 manat gəlir vergisi ödəyəcək.

Vüqar Bayramov qeyd edib ki, bəzi kateqoriyadan olan vətəndaşlar üçün güzəşt məbləğləri daha yüksəkdir. Şəhid statusu almış şəxslərin valideynlərinin, dul həyat yoldaşlarının və övladlarının vergi tutulmalı olan aylıq gəliri 800 manat azaldılır. Bu kateqoriyaya aid olan vətəndaşlar özəl sektorda çalışaraq 800 manatadək maaş aldıqları halda gəlir vergisi ödəməyəcəklər. Onların aylıq maaşı 1000 manat olduqda isə cəmi 6 manat vergi tutulacaq. Eyni güzəştlər Vətən müharibəsi qəhrəmanlarına və milli qəhrəmanlara da şamil edilir.

Deputatın sözlərinə görə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış vətəndaşların aylıq gəlirindən isə 400 manat məbləğində azalma tətbiq olunur. Bu halda, özəl sektorda çalışan həmin şəxslər minimum əməkhaqqı məbləğində maaş aldıqları zaman gəlir vergisi ödəməyəcəklər. Onların maaşı 1000 manat olduqda isə 18 manat vergi tutulacaq.

Vüqar Bayramov əlavə edib ki, qanunvericiliklə birinci qrup əlilliyi olan şəxslər, məcburi köçkünlər və digər bəzi kateqoriyadan olan vətəndaşlar üçün də vergi güzəştləri nəzərdə tutulur. Deputat vurğulayıb ki, son illər ölkədə orta aylıq əməkhaqqının artım tempi nəzərə alınaraq, gələcəkdə güzəşt məbləğlərinə yenidən baxılması və onların artırılması məqsədəuyğun olardı.

Aynur Camal

Oxşar xəbərlər

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Qonşuda böyük xaos, İranda Livanlaşma siqnalları!!!

Aynur Camal

Gəminin batması nəticəsində minlərlə insan dənizdə itdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu