Dünya

Tramp: Venesuela neftindən gəlir kəsilərsə, Kuba çökəcək

ABŞ prezidenti Donald Tramp Venesuelada hakimiyyət dəyişikliyindən sonra Kuba rəhbərliyinin ölkədə vəziyyətə nəzarəti itirəcəyini bildirib. Onun sözlərinə görə, Venesuela neftinə çıxış olmadan Kuba hakimiyyəti əsas gəlir mənbəyindən məhrum qalacaq.

“Görünür, Kuba çökmək üzrədir. Onların necə tab gətirə biləcəyini bilmirəm, amma indi Kubanın heç bir gəliri yoxdur”, — deyə Donald Tramp Air Force One təyyarəsinin göyərtəsində jurnalistlərə açıqlamasında bildirib.

Kuba hakimiyyəti isə ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronun oğurlanması məqsədi daşıyan əməliyyatı zamanı Karakasın xahişi ilə tapşırıqları yerinə yetirən 32 kubalının həlak olduğunu bəyan edib.

ABŞ dövlət katibi Marko Rubio xüsusi əməliyyatdan sonra verdiyi açıqlamada Kuba hökumətini “böyük problem” adlandırıb.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Aİ-də süni intellektlə yaradılan məzmuna etiket məcburi olacaq

Aynur Camal

15 fil öldü, sianid zəhərlənməsi ilə əlaqələndirilir

Aynur Camal

Zelenski: ABŞ Patriot raketlərinin birgə istehsalına siyasi razılıq verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu