ABŞ Dövlət katibi Marko Rubio ABŞ Konqresində keçirdiyi qapalı brifinqdə bildirilib ki, prezident Donald Trump administrasiyası Qrenlandiyanı strateji baxımdan əldə etməyi planlaşdırır və bunun üçün Danimarka rəsmiləri ilə danışıqlar aparmağı düşünür. Rubio vurğulayıb ki, əsas məqsəd Qrenlandiyanı satın almaqdır, hərbi müdaxilə isə birbaşa hədəf deyil. Prezident Trump-ın fikrincə, bu addım ABŞ-ın Arktika bölgəsində Çin və Rusiyanın artan təsirinə qarşı təhlükəsizlik baxımından vacibdir.
Rubio Konqresdəki çıxışında, Vaşinqtonun Qrenlandiya planlarının sadəcə danışıqlar yolu ilə həyata keçirilməsi niyyətində olduğunu dilə gətirib. O, həmçinin administrasiyanın Danimarka ilə dialoq metodunu üstün tutduğunu, lakin Ağ Ev nümayəndələrinin ABŞ ordusunun “hər zaman bir variant” olduğunu vurğuladığını qeyd edib. Bu bəyanatlar ABŞ-ın xarici siyasətdə mövqeyinin tənqid olunduğu vaxtda səsləndirilib.
Bu təşəbbüs beynəlxalq səviyyədə əks-reaksiyaya səbəb olub. Danimarka və digər Avropa tərəfdaşları Qrenlandiyanın suverenliyini qorumaq istədiklərini bəyan edib və ABŞ-ın mümkün hərbi variantını kəskin şəkildə tənqid ediblər. Analitiklər belə bir addımın NATO daxilində etimad problemini dərinləşdirə biləcəyini və Qrenlandiyanın öz gələcəyinə dair qərar vermə hüququnu təhlükə altına sala biləcəyini qeyd edirlər.
Mənbə: ApNews.Com
