31 C
Baku
24 Sentyabr 2026, 14:40
Dünya

Trump “Paris Anlaşması”dan rəsmi olaraq çıxdı

Bugun.Tv – xəbər verir ki, ABŞ-ın Paris İqlim Anlaşmasından rəsmi çıxışı 1 illik gözləmə müddətinin tamamlanması ilə başa çatıb.

Stockholm Ətraf Mühit İnstitutu üzrə aparıcı tədqiqatçı Richard J. T. Klein bu qərarın iqlim dəyişikliyi ilə mübarizədə güclü beynəlxalq bir blokun itirilməsi mənasına gəldiyini bildirib.

ABŞ Prezidenti Donald Trump ikinci vəzifə dönəmində, 20 yanvar 2025-də ölkəni Paris Anlaşmasından çıxardığını açıqlamışdı. Bir həftə sonra bu qərar Birləşmiş Millətlər Təşkilatına (BM) rəsmi məktubla bildirilmişdi.

Çıxışın rəsmi olaraq qüvvəyə minməsi üçün tələb olunan 1 illik müddət tamamlanıb və ABŞ 27 yanvar 2026 tarixindən etibarən Paris Anlaşmasından rəsmi olaraq çıxmış oldu.

Klein qeyd edir ki, ABŞ-ın son bir ildə Paris Anlaşması çərçivəsində apardığı siyasət əsasən dəyişməyəcək: ölkə, Belem və Bonn kimi beynəlxalq iqlim görüşlərində aşağı profil saxlayıb. Lakin indi bu vəziyyət rəsmi formaya keçib.

Məlumata görə, Paris Anlaşması çərçivəsində ABŞ artıq hesabat və plan yeniləmələri təqdim etmək öhdəliyi daşımayacaq. Trump, ABŞ-ı UNFCCC-dən çıxarma prosesini tamamladığı təqdirdə, gələcək administrasiyalar üçün Paris Anlaşmasına qayıtmaq daha çətin olacaq. Klein həmçinin bildirir ki, UNFCCC-ə yenidən qoşulmaq üçün Senat qərarı tələb olunacaq və bu, iqlim siyasətində gecikmələrə səbəb ola bilər. Bununla belə, ABŞ iqtisadi səbəblərdən fosil yanacaq istehlakını azaltmalı və bərpa olunan enerji investisiyalarını davam etdirməlidir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Türkiyə Bəşiqə hərbi bazasını mərhələli şəkildə İraqa təhvil verəcək

Aynur Camal

İsraildə su təchizatına təhlükə: beş duzsuzlaşdırma qurğusu dayandırıldı

Aynur Camal

Gizli iltihab ürək tutması və insult riskini 43 faiz artıra bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu