Dünya

ABŞ-İran xəttində gərginlik artır: Ağ Ev “hücum üçün səbəblər var” mesajı verdi

ABŞ İran gərginliyi, Ağ Ev açıqlaması, İran hücum ehtimalı, USS Gerald R. Ford, Karoline Leavitt, Mesud Pezeşkian, İran ABŞ nüvə danışıqları, Cenevrə görüşləri

ABŞ ilə İran arasında gərginlik yenidən yüksəlir.

Son 24 saat ərzində ABŞ ordusunun bölgəyə əlavə hərbi qüvvə və texnika göndərdiyi bildirilir. Eyni zamanda ABŞ Donanmasına məxsus USS Gerald R. Ford təyyarədaşıyan gəmisinin Mərakeş sahillərində görüldüyü qeyd olunub.

Mümkün hərbi müdaxilə ehtimalı müzakirə edildiyi bir vaxtda Ağ Evdən diqqətçəkən açıqlama gəlib. Ağ Evin sözçüsü Karoline Leavitt bildirib ki, İranla bağlı hərbi addım atmaq üçün müxtəlif əsaslar göstərilə bilər.

Sözçü açıqlamasında İranı xəbərdar edərək, “İrana hücum etmək üçün bir çox səbəb irəli sürülə bilər. İranın razılaşma əldə etməsi ağıllı qərar olar”, – deyə vurğulayıb.

Bu açıqlama fonunda İran Prezidenti Məsud Pezeşkian da xalqa müraciət edərək ABŞ tərəfinə mesaj göndərib. O bildirib ki, İran müharibə istəmir, lakin təzyiq olarsa geri çəkilməyəcək: “Döyüşmək istəmirik, amma məcburi diktə olarsa, boyun əymərik”.

Xatırladaq ki, İran və ABŞ arasında nüvə danışıqlarının ikinci mərhələsi yaxın günlərdə Cenevrədə keçirilib. Görüşdən sonra İranın xarici işlər naziri Abbas Araqçi tərəflərin bəzi əsas prinsiplər üzrə razılığa gəldiyini açıqlamışdı.

Məlumata görə, İran-ABŞ danışıqları Ummanın vasitəçiliyi və region ölkələrinin təşəbbüsləri ilə yenidən aktivləşib.

ABŞ İran gərginliyi, Ağ Ev açıqlaması, İran hücum ehtimalı, USS Gerald R. Ford, Karoline Leavitt, Mesud Pezeşkian, İran ABŞ nüvə danışıqları, Cenevrə görüşləri
ABŞ Ağ Evin qarşısı

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Yaxın Şərqdə gərginlik artır, bölgədə yeni diplomatik və hərbi risklər gündəmdə

Aynur Camal

NATO ölkələri ABŞ-ın yeni hərbi planlarına görə narahatlıq keçirir

Aynur Camal

Alimlər uşaqlıqda zərərli qidaların beyinə uzunmüddətli təsir göstərdiyini açıqlayıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu