Digər

Arakçi: Mücteba Xameneinin liderliyi İranda sabitlik mesajı verir

Abbas Araqçi bildirib ki, Mücteba Xameneinin ölkənin ali rəhbəri seçilməsi İranda davamlılıq və sabitlik mesajı verir.

Bugun.tv xəbər verir ki, İranın xarici işlər naziri ABŞ mətbuatına açıqlamasında yeni rəhbər dəyişikliyi və regiondakı vəziyyətlə bağlı fikirlərini bölüşüb.

O qeyd edib ki, yeni liderin vəzifəyə gəlməsi ölkədə siyasi sistemin davamlılığını göstərir və bunun həm də sabitlik mesajı kimi qiymətləndirilə biləcəyini bildirib.

Araqçi vurğulayıb ki, hər kəs Mücteba Xameneinin çıxışlarını və mövqeyini gözləyir və bu açıqlamaların yaxın vaxtlarda veriləcəyi ehtimal olunur.

Nazir həmçinin bildirib ki, fevral ayında Tehran və Vaşinqton rəsmiləri arasında aparılan danışıqlarda amerikalılar hücum niyyətlərinin olmadığını deyiblər. Buna baxmayaraq, sonradan ABŞ və İsrailin İrana qarşı hücumlar həyata keçirdiyini qeyd edib.

Araqçi ABŞ ilə yenidən danışıqların gündəmdə olacağını düşünmədiyini deyərək, amerikalılarla danışıqların İran üçün acı təcrübə olduğunu bildirib.

İranın baş diplomatı ABŞ və İsrailin hücumlarını “qanunsuz təcavüz” kimi qiymətləndirib və ölkəsinin yalnız özünü müdafiə etdiyini vurğulayıb. O əlavə edib ki, ABŞ İrana hücum edəcəyi təqdirdə, İran regionda yerləşən Amerika hərbi bazalarını və obyektlərini hədəfə almaq məcburiyyətində qalacağını əvvəldən bəyan edib.

Araqçi həmçinin neft tankerlərinin Hörmüz boğazından keçməkdə ehtiyat etdiyini bildirib, lakin İranın boğazı bağlamadığını və gəmilərin hərəkətinə mane olmadığını qeyd edib.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu