28 C
Baku
13 Sentyabr 2026, 15:45
Digər

BMT-də islahat planı müzakirə olunur: Qadın təşkilatlarının birləşdirilməsi ideyası narahatlıq yaradıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) strukturunda mümkün dəyişikliklərlə bağlı yeni plan beynəlxalq müzakirələrə səbəb olub.

Bugun.tv xəbər verir ki, bu həftə Nyu-Yorkda keçirilən BMT-nin Qadınların Statusu üzrə Komissiyasının (CSW) illik iclasında minlərlə nümayəndə qadın hüquqları və gender bərabərliyi məsələlərini müzakirə etmək üçün bir araya gəlib. Görüşdə hökumət rəsmiləri, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edir.

Müzakirələrin əsas mövzularından biri isə UN Women təşkilatı ilə BMT Əhali Fondunun (UNFPA) birləşdirilməsi ilə bağlı irəli sürülən təklifdir. Bu təşəbbüs BMT-də həyata keçirilməsi planlaşdırılan geniş islahat proqramının – UN80 təşəbbüsünün bir hissəsi kimi təqdim olunur. Planın məqsədi fəaliyyətin səmərəliliyini artırmaq, təkrarlanan funksiyaları azaltmaq və hökumətlər üçün daha vahid əməkdaşlıq platforması yaratmaqdır.

Lakin bir çox qadın hüquqları təşkilatları və bəzi üzv dövlətlər bu addımın riskli ola biləcəyini bildirirlər. Onların fikrincə, iki qurumun birləşdirilməsi maliyyələşmənin azalmasına və qadınlar üçün həyata keçirilən proqramların zəifləməsinə səbəb ola bilər.

Qadın hüquqları müdafiəçiləri qeyd edirlər ki, dünyada artan münaqişələr, maliyyə çatışmazlığı və hüquqların geriləməsi fonunda belə dəyişikliklər xüsusilə həssas qruplar üçün mənfi nəticələr doğura bilər.

Bu arada yüzlərlə beynəlxalq insan hüquqları təşkilatı Antonio Quterreşə açıq məktub ünvanlayaraq BMT-ni qadınların hüquqları, xüsusilə də cinsi və reproduktiv sağlamlıq sahəsində proqramların qorunmasına çağırıb.

BMT rəsmiləri isə bildirirlər ki, təklif hələlik müzakirə mərhələsindədir və yekun qərar qəbul edilməyib. Təşkilat hazırda mümkün birləşmənin üstünlüklərini və risklərini qiymətləndirir.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu