Səhiyyə

Səhər yeməyindən imtina sağlamlıq üçün risklidir

Mütəxəssislər səhər yeməyini buraxmağın orqanizm üçün ciddi fəsadlara səbəb ola biləcəyini bildirirlər. Həkim-endokrinoloq Anna Qonçarovanın sözlərinə görə, səhər yeməyindən mütəmadi imtina bir sıra fizioloji pozuntulara yol aça bilər.

Onun sözlərinə görə, səhər yeməyi qəbul etməyən insanlarda qanın daha qatı olması müşahidə edilir və bu, damar xəstəlikləri riskini artırır. Araşdırmalar göstərir ki, səhər yeməyini buraxan şəxslərdə tromboemboliya və digər kəskin damar problemlərinin yaranma ehtimalı daha yüksəkdir.

Həkim əlavə edib ki, bu vərdiş mədə-bağırsaq sisteminə də mənfi təsir göstərir. Gecə fasiləsindən sonra orqanizm qida qəbuluna ehtiyac duyur və bu proses pozulduqda mədənin fəaliyyəti zəifləyə, həzm sistemi düzgün işləməyə bilər.

Bundan başqa, səhər yeməyinin olmaması hormon balansına və qlükoza mübadiləsinə də təsir edir, bu isə ümumi sağlamlıq vəziyyətinin pisləşməsinə səbəb ola bilər.

Mütəxəssislər səhər yeməyinin həm fiziki, həm də psixoloji vəziyyət üçün vacib olduğunu vurğulayır və onu gündəlik qidalanmanın ayrılmaz hissəsi hesab edirlər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

İngilis səhər yeməyi yaşlanmanı yavaşlada bilər

Aynur Camal

Alimlər: Daha çox lifli qida daha keyfiyyətli yuxu təmin edir

Aynur Camal

Həkimlər açıqladı: Arıq insanlarda belə qarın niyə arta bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu