16 C
Baku
23 Mart 2026, 17:21
Dünya

Şəhər həyatı insult riskini azalda bilər – araşdırma

Alimlər müəyyən ediblər ki, şəhər mühitində yaşamaq gözlənilənin əksinə olaraq sağlamlıq üçün müəyyən üstünlüklər yarada bilər. Yeni tədqiqat göstərir ki, inkişaf etmiş şəhər infrastrukturuna malik ərazilərdə yaşayan insanlar ilk dəfə insult keçirmə riski ilə daha az üzləşir.

Araşdırma Miçiqan Universiteti alimləri tərəfindən aparılıb. 10 il davam edən tədqiqatda 25 mindən çox amerikalı iştirak edib. Nəticələrə görə, binaların, səkilərin və digər şəhər elementlərinin sıx olduğu ərazilərdə yaşayan şəxslərdə ilk insult riski daha az inkişaf etmiş bölgələrdə yaşayanlarla müqayisədə təxminən 2,5% aşağıdır.

Tədqiqat çərçivəsində alimlər ABŞ-ın cənub-şərqində yerləşən və “insult kəməri” kimi tanınan 11 ştat üzrə məlumatları təhlil ediblər. Əvvəlki araşdırmalardan fərqli olaraq, bu dəfə ərazilər sadəcə “şəhər” və “kənd” kimi bölünməyib. Bunun əvəzinə, 34 mindən çox yaşayış məntəqəsi ətrafında 8 km radiusda tikinti sıxlığı peyk məlumatları vasitəsilə qiymətləndirilib.

Nəticələr göstərib ki, orta və yüksək tikinti sıxlığı insult riskinin azalmasına müsbət təsir edir. Bu nəticə yaş, cins, irq, diabet və hipertoniya kimi amillər nəzərə alınsa belə dəyişməyib.

Alimlər növbəti mərhələdə şəhər mühitində hansı konkret faktorların – məsələn, fiziki aktivliyi artıran şəraitin və ya infrastrukturun – bu müsbət təsirə səbəb olduğunu araşdırmağı planlaşdırır.

Mütəxəssislər bildirir ki, nəticələr yalnız fərdi sağlamlıq amillərinin deyil, həm də yaşayış mühitinin insan sağlamlığına ciddi təsir etdiyini göstərir. Bu isə həm həkimlər, həm də şəhərsalma üzrə mütəxəssislər üçün mühüm siqnal hesab olunur.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Tramp İrana zərbələrə 5 günlük moratorium elan etdi

Aynur Camal

Kuba ABŞ-dan mümkün hücuma qarşı hərbi hazırlıq gördüyünü açıqlayıb

Aynur Camal

İran Basra körfəzinə mina yerləşdirməklə hədələyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu