Digər

Reuters: ABŞ İranın raket arsenalının yalnız üçdə birini məhv edə bilib

ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı diqqətçəkən iddia irəli sürülüb. Reuters agentliyinin yaydığı məlumata görə, ABŞ kəşfiyyat mənbələri İranın raket ehtiyatlarının yalnız təxminən üçdə birinin məhv edildiyini təsdiqləyə bilib.

Agentliyə danışan və adları açıqlanmayan beş amerikalı rəsmi bildirib ki, hücumlardan sonra İranın çoxsaylı raketlərinin taleyi hələ də qeyri-müəyyən olaraq qalır. Məlumata əsasən, zərbələr əsasən yeraltı tunellər və sığınacaqlarda yerləşən raketlərə təsir edib – onların bir qismi partlayıb, zədələnib və ya dağıntılar altında qalıb.

Eyni mənbələr İranın pilotsuz uçuş aparatları (PUA) ilə bağlı vəziyyətin də oxşar olduğunu qeyd edir. İddialara görə, İranın PUA ehtiyatlarının da təxminən üçdə birinin sıradan çıxarıldığına dair müəyyən məlumatlar mövcuddur.

Rəsmilər vurğulayır ki, İranın əlində qalan raket və PUA imkanları xüsusilə Hörmüz boğazı ətrafında mümkün əməliyyatlar üçün hələ də ciddi təhlükə yaradır.

Bu məlumatlar isə ABŞ Prezidenti Donald Trump-ın açıqlamaları ilə ziddiyyət təşkil edir. Tramp daha əvvəl İranın raket potensialının demək olar ki, tamamilə məhv edildiyini bildirmiş və “İranın atacaq çox az raketi qalıb” demişdi.

Digər tərəfdən, ABŞ Müdafiə Nazirliyi rəsmiləri fərqli rəqəmlər açıqlayıb. Pentaqonun məlumatına görə, fevralın 28-dən bəri İranın raket və PUA hücumları 90 faiz azalıb. Həmçinin CENTCOM əməliyyatları çərçivəsində İranın hərbi istehsal obyektlərinin təxminən 66 faizinin məhv edildiyi və ya ciddi zərər gördüyü bildirilib.

Tramp isə çıxışında qalan riskə diqqət çəkərək bildirib ki, “hətta 1 faizlik təhlükə belə qəbul edilə bilməz”, çünki bu, böyük hərbi və iqtisadi itkilərə səbəb ola bilər.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

İntensiv yağışlarla əlaqədar ADSEA gücləndirilmiş iş rejimində çalışır

Aynur Camal

“Bilirdinizmi?” – İnsan beyni gecələr daha aktiv işləyir

Aynur Camal

BƏƏ-nin Şarika şəhərində güclü yağışlar selə səbəb oldu: avtomobillər su altında qaldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu