30.4 C
Baku
10 Avqust 2026, 18:33
Digər

Qlobal enerji böhranı dərinləşir: Dünyada yanacaq növbələri uzanır

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar, eləcə də Tehranın cavab addımları qlobal enerji bazarlarında ciddi gərginlik yaradıb.

Xüsusilə Hörmüz boğazı ətrafında yaranan vəziyyət neft daşımalarına təsir edərək qiymətlərin kəskin artmasına səbəb olub.

İranın bu strateji keçidi faktiki bağlaması ilə enerji tədarükündə yaranan problemlər qısa müddətdə dünya üzrə yanacaq böhranına çevrilib. Bir çox ölkədə benzin və dizel qıtlığı səbəbilə yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb.

Avropada vəziyyət xüsusilə gərgin olaraq qalır. Fransa ərazisində nəqliyyat sektoru hökumətə qarşı etirazlara hazırlaşır. Sektor nümayəndələri dövlət dəstəyi olmazsa, genişmiqyaslı aksiyaların başlayacağını bildiriblər. İlk etirazların Lion və Klermont-Ferran ətrafında keçirilməsi planlaşdırılır.

Digər tərəfdən, İspaniya hökumətinin yanacaq vergisini azaltması regionda fərqli mənzərə yaradıb. Portuqaliya və Fransadan sürücülər daha ucuz yanacaq almaq üçün sərhədi keçərək İspaniyaya üz tuturlar. Bu isə sərhəd bölgələrində əlavə sıxlıq yaradıb.

Asiya ölkələri də böhranın təsirindən yan keçməyib. Filippinlər enerji sahəsində fövqəladə vəziyyət elan edib. Tayland, Vyetnam və Cənubi Koreya kimi ölkələrdə yanacaq tədarükündə ciddi problemlər qeydə alınıb.

Hindistan da böhranın ən çox hiss olunduğu ölkələrdən biridir. Müxtəlif ştatlarda yanacaqdoldurma məntəqələri önündə yüzlərlə metr uzunluğunda növbələr yaranıb, satışların isə adi günlərlə müqayisədə bir neçə dəfə artdığı bildirilib.

Ekspertlər qeyd edirlər ki, enerji infrastrukturlarının hədəf alınması və strateji nəqliyyat marşrutlarının bağlanması qlobal iqtisadiyyata ciddi təsir göstərir və böhranın yaxın zamanda səngiməsi gözlənilmir.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Məhəmməd Əsədullazadə: Netanyahu Rusiyaya qarşı sanksiyalar məsələsində ABŞ siyasətinə təsir göstərə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu