Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya
Digər

Məhəmməd Əsədullazadə: Ermənistanda seçkilərin əsas xətti Qarabağ yox, sülh olacaq

Siyasi ekspert Məhəmməd Əsədullazadə sosial media hesabında Ermənistan daxilində gedən siyasi prosesləri şərh edib.

Ekspert bildirib ki, Nikol Paşinyan ətrafında formalaşan elektorat əsasən yerli ermənilərdən ibarətdir və bu qrup daha çox müasir düşüncəyə malik olmaqla Azərbaycanla sülh tərəfdarıdır. Onun sözlərinə görə, Robert Koçaryan və Serj Sarkisyan ətrafında birləşən qüvvələr isə daha çox revanşist mövqedə dayanır.

M. Əsədullazadə qeyd edib ki, Koçaryanın seçki kampaniyasını “Artsaxın birinci prezidenti” kimi təqdim etməsi onun yenidən Qarabağ məsələsini gündəmə gətirmək niyyətindən xəbər verir. Ekspertin fikrincə, bu yanaşma erməni cəmiyyətində geniş dəstək qazanmır.

O vurğulayıb ki, Ermənistan cəmiyyətində artıq prioritetlər dəyişib və əhalini daha çox sülh və rifah məsələləri maraqlandırır. Bu səbəbdən də qarşıdan gələn seçkilərdə Paşinyanın üstün mövqedə olduğu bildirilir.

Ekspert əlavə edib ki, Paşinyan hakimiyyəti Qarabağ məsələsindən imtina və Azərbaycanla sülh konsepsiyasını əsas siyasi xətt kimi təqdim edir və bu yanaşma seçici davranışına ciddi təsir göstərir.

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu