Digər

Misirdə “Fironlar təpəsi”nin altında sirli tikili aşkar edilib

Alimlər Misirin Nil deltası ərazisində yerləşən Tell el-Fara’in (Fironlar təpəsi) ərazisinin altında qədim və sirli bir tikili aşkar ediblər.

Tədqiqatçılar müasir texnologiyalardan – radar və elektrik tomoqrafiyası üsullarından istifadə edərək yerin 3–6 metr dərinliyində yerləşən strukturu müəyyən ediblər. Məlumata görə, bu tikilinin təxminən 2600 il yaşı var və qədim Misirin saiss dövrünə aid olduğu ehtimal edilir.

Araşdırmalar göstərir ki, ərazinin üst qatları daha sonrakı dövrlərə – Roma və Ptolemey dövrlərinə aid keramika və tikinti qalıqları ilə örtülüb. Lakin daha dərin qatlarda aydın konturları olan böyük bir quruluş aşkar olunub. Alimlər bu tikilinin ya böyük bir məzar, ya da dini məbəd ola biləcəyini ehtimal edirlər.

Sonrakı kiçikmiqyaslı qazıntılar zamanı xam kərpicdən tikilmiş divarlar və müxtəlif dini əşyalar tapılıb ki, bu da ilkin ehtimalları gücləndirib.

Tədqiqatçılar bildirir ki, bu kəşf həm qədim şəhərlərin öyrənilməsi, həm də arxeologiyada yeni texnologiyaların tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Gələcəkdə daha geniş araşdırmalar aparılaraq ərazinin tam xəritələnməsi planlaşdırılır.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu