16 C
Baku
31 Mart 2026, 14:07
Digər

Alimlərdən yeni kəşf: Gün rejimi pozuntusu artıq çəkiyə səbəb ola bilər

ABŞ-ın Northwestern University alimləri gün rejiminin pozulmasının orqanizmdə metabolik problemlərə səbəb olduğunu müəyyən ediblər.

Araşdırmaya görə, bioloji saatın pozulması – xüsusilə işıq rejiminin dəyişməsi və ya yüksək yağlı qidalanma nəticəsində hüceyrələrdə enerji istehsalına cavabdeh olan mitoxondrilərin fəaliyyəti zəifləyir. Tədqiqatçılar siçanlar üzərində apardıqları təcrübələrdə müəyyən ediblər ki, çəki dəyişməsə belə, hüceyrələrdə kimyəvi proseslərin balansı pozulur.

Alimlər bildirirlər ki, bu proses circadian rhythm – yəni orqanizmin daxili bioloji saatı ilə birbaşa əlaqəlidir. Gün rejimi pozulduqda enerji mübadiləsi düzgün getmir və bu da uzunmüddətli perspektivdə piylənmə və digər metabolik xəstəliklərə gətirib çıxara bilər.

Tədqiqat müəlliflərinin fikrincə, bu mexanizmin bərpası gələcəkdə piylənmə və metabolik pozuntuların müalicəsində yeni üsulların hazırlanmasına imkan yarada bilər. Onlar hesab edirlər ki, bu yanaşma birbaşa yağ ehtiyatlarına təsir etmədən də effektiv nəticə verə bilər.

Mütəxəssislər sağlam həyat tərzi üçün düzgün yuxu rejimi, balanslı qidalanma və işıq rejiminə diqqət yetirilməsinin vacibliyini vurğulayırlar.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Qəzzalı uşaqların ürəkdağlayan “dəfn oyunu” gündəm oldu

Aynur Camal

Ağ Evdən açıqlama: İran razılaşmaya daha meyllidir

Aynur Camal

Dünya İqtisadi Forumundan Türkiyə ilə bağlı diqqətçəkən açıqlama

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu