Digər

Ən faydalı qəhvə növü açıqlanıb

Kardioloq Aurelio Roxas bildirib ki, qəhvənin sağlamlığa təsiri onun necə hazırlanmasından birbaşa asılıdır. Onun sözlərinə görə, ən faydalı variant – heç bir əlavə qatılmadan içilən qara qəhvədir.

Həkim qeyd edib ki, qəhvənin əsas üstünlüklərindən biri orqanizmdə xroniki iltihabı azaltmaq qabiliyyətidir. Bu təsir isə içkinin tərkibində bol olan antioksidantlarla bağlıdır.

Aurelio Roxas vurğulayıb ki, şəkər və digər əlavələr qəhvənin faydasını azalda bilər. Buna görə də maksimum fayda əldə etmək üçün qəhvəni sadə şəkildə – yəni şəkərsiz və əlavəsiz içmək tövsiyə olunur.

Bununla belə, mütəxəssis qeyd edir ki, ara-sıra süd əlavə etmək də problem yaratmır, lakin ən sağlam seçim yenə də təmiz qara qəhvə hesab olunur.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu