İran Hörmüz boğazından gəmilərin keçidini müvəqqəti olaraq dayandırıb.
Məlumata görə, bu qərar Fars Xəbər Agentliyi tərəfindən yayılıb. Bildirilir ki, tranzitin dayandırılmasına səbəb atəşkəs razılaşmasının pozulması və İsrail tərəfindən Livana endirilən hücumlardır.
Qeyd olunur ki, atəşkəs qüvvəyə mindikdən sonra yalnız iki neft tankeri Hörmüz boğazı vasitəsilə keçid edə bilib.
Hazırda regionda gərginliyin artması fonunda bu strateji su yolunun bağlanması qlobal enerji bazarları üçün ciddi risk kimi qiymətləndirilir.
Mənbə: mail.ru
