13 C
Baku
10 Aprel 2026, 22:51
Digər

Rza Pəhləvi: İran xalqı doğru zamanda ayağa qalxacaq

İran şahının oğlu Reza Pahlavi ABŞ və İran arasında əldə olunan atəşkəsə baxmayaraq, ölkədə dəyişikliklərin qaçılmaz olduğunu iddia edib.

ABŞ-İran və İsrail arasında 40 gün davam edən qarşıdurmadan sonra tərəflər arasında atəşkəs razılaşması əldə olunsa da, Pəhləvi geri qayıtmaq ümidini itirmədiyini bildirib.

Canlı yayımda çıxış edən Pəhləvi İran xalqının nə vaxt etiraz edəcəyi ilə bağlı suala cavab olaraq deyib:

“Onların dərhal ayağa qalxacağını demirəm, amma doğru zamanda ayağa qalxacaqlar”.

Hakimiyyət iddiasını davam etdirir

Məlumata görə, uzun illərdir xaricdə yaşayan Pəhləvi müxtəlif platformalarda etdiyi açıqlamalarla hakimiyyət iddiasını davam etdirir.

Lakin ölkə daxilində onun dəstəklənmədiyi və əhalinin böyük hissəsinin mövcud hakimiyyətə üstünlük verdiyi bildirilir.

Etiraz aksiyasında tənqid olunub

İranda keçirilən mitinqlərin birində Pəhləviyə qarşı plakat da açılıb. Aksiyada onun ünvanına tənqidi ifadələr səsləndirilib.

Xarici əlaqələri diqqət çəkir

Pəhləvinin İsraillə yaxın münasibətləri də tez-tez gündəmə gəlir. Onun İsrailin baş naziri Benjamin Netanyahu ilə əlaqələrinin olduğu və daha əvvəl İsrailə səfər etdiyi qeyd olunur.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Pakistan Umman dənizində “fövqəladə vəziyyət” elan edən gəmidən 18 dənizçini xilas etdi

Aynur Camal

Həqiqi pendiri saxtadan ayırmağın 5 sadə yolu açıqlanıb

Aynur Camal

Dmitri Medvedev yeni məktəb dərsliklərinin baş redaktoru oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu