Digər

Mart 2026 – dünyada ən isti dördüncü mart ayı oldu

2026-cı ilin mart ayı qlobal temperatur göstəricilərinə görə tarixdə qeydə alınan ən isti dördüncü mart ayı kimi qeydə alınıb.

Məlumat Copernicus Climate Change Service (C3S) tərəfindən açıqlanıb. Qurum European Centre for Medium-Range Weather Forecasts çərçivəsində fəaliyyət göstərir.

Açıqlamaya əsasən, mart ayında Yer kürəsinin orta səth temperaturu 13,94 dərəcə olub. Bu göstərici sənaye öncəsi dövr (1850–1900) ilə müqayisədə 1,48 dərəcə, 1991–2020 illərinin orta göstəricisi ilə müqayisədə isə 0,53 dərəcə yüksək olub.

Son illər rekord istilər davam edir

Qeyd olunub ki:

  • 2024-cü ilin martı tarixdə ən isti,
  • 2025-ci ilin martı ikinci,
  • 2016-cı ilin martı isə üçüncü ən isti mart ayı olub.
  • Beləliklə, 2026-cı ilin martı dördüncü sırada qərarlaşıb.

Dənizlərdə də temperatur yüksəlib

Araşdırmaya görə, qlobal dəniz səthinin temperaturu da 20,97 dərəcə ilə tarixdə ikinci ən yüksək mart göstəricisi olub.

Avropada temperatur normadan xeyli yüksək olub

Avropada mart ayı tarixdə ikinci ən isti mart kimi qeydə alınıb. Orta temperatur normadan 2,27 dərəcə yüksək – 5,88 dərəcə təşkil edib.

Qitənin böyük hissəsində, eləcə də ABŞ-ın qərb bölgələrində uzunmüddətli isti hava dalğaları müşahidə olunub.

Eyni zamanda, Alyaska, Kanadanın böyük hissəsi və Qrenlandiyanın cənubunda qeyri-adi soyuq hava şəraiti qeydə alınıb.

İqlim sistemi təzyiq altındadır

C3S direktoru Carlo Buontempo bildirib ki, bu göstəricilər iqlim sisteminin getdikcə daha çox təzyiq altında olduğunu göstərir:

“Temperatur sənaye öncəsi səviyyədən 1,48 dərəcə yüksəkdir, Arktikada dəniz buzlarının sahəsi minimum həddə düşüb və okean temperaturu yenidən rekordlara yaxınlaşıb”.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Paltar qurutmağa görə 1500 avro cərimə tətbiq ediləcək

Aynur Camal

Fransız deputatdan Eurovision boykotu çağırışı: İsrailə görə yayım dayandırılsın

Aynur Camal

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu