Mariya Zaxarova Fransanın Rusiyaya münasibətdə atdığı addımları kəskin tənqid edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Paris rəhbərliyinin son açıqlamaları və siyasəti ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, bu addımlar “hər baxımdan dəhşətlidir” və iki ölkə arasında əvvəllər formalaşmış münasibətlərə zərbə vurur.
Zaxarova qeyd edib ki, Fransanın mövqeyi ölkənin öz prinsipləri ilə ziddiyyət təşkil edir və Moskva ilə uzun illər ərzində qurulmuş əlaqələri zəiflədir.
Bundan əvvəl Fabien Mandon açıq münaqişə ehtimalı ilə bağlı narahatlıqlarını dilə gətirərək Rusiyanın Avropa üçün təhlükə olaraq qaldığını bildirmişdi.
Kreml isə bu iddialara cavab olaraq Fransanın “açıq müharibə” ilə bağlı narahatlıqlarını əsassız hesab etdiyini açıqlayıb.
Qeyd edək ki, Fransa hazırda hələki Rusiyanın “qeyri-dost ölkələr” siyahısına daxil edilməyib.
Mənbə: mail.ru
