Digər

“Bu gün TV Media Qurumu”-nun 4 yaşı tamam oldu

Bu gün Bu Gün Media Qurumunun yaranmasının 4 ili tamam olur.

Qurum fəaliyyətə başladığı gündən etibarən media sahəsində özünəməxsus xətti ilə seçilərək informasiya məkanında öz yerini formalaşdırmağı bacarıb. Operativlik, obyektivlik və müasir yanaşma prinsiplərini əsas tutan “Bu Gün Media Qurumu” qısa müddətdə geniş auditoriyanın diqqətini cəlb edib.

Ötən 4 il ərzində həyata keçirilən layihələr, aktual mövzulara toxunan reportajlar, ictimai əhəmiyyətli məsələlərin işıqlandırılması və maarifləndirici materialların hazırlanması qurumun fəaliyyətində xüsusi yer tutub. Eyni zamanda müxtəlif tədbirlərin təşkili və media dəstəyi də diqqətçəkən istiqamətlərdən olub.

Bu əlamətdar gün münasibətilə media ictimaiyyəti və tərəfdaşlar “Bu Gün Media Qurumu”nu təbrik edir, ona gələcək fəaliyyətində daha böyük uğurlar arzulayırlar.

Qeyd edək ki, qurum qarşıdakı illərdə də fəaliyyətini genişləndirərək yeni layihələr, innovativ yanaşmalar və daha zəngin kontentlə çıxış etməyi hədəfləyir.

“Bu Gün Media Qurumu”-nun rəhbəri, əməkdar jurnalist Elnarə Dərziyeva
Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu