Digər

Yeni Zelandiyanın Şimal Adasında “Vaianu” siklonu təhlükəsi: minlərlə insan təxliyə edilir

Yeni Zelandiyanın Şimal Adası güclü “Vaianu” siklonuna hazırlaşır. Hakimiyyət orqanları minlərlə sakinə evlərini tərk etmələri barədə göstəriş verib.

Məlumata görə, siklonun bazar günü ölkəyə təsir edəcəyi gözlənilir. Hava proqnozlarına əsasən, “Vaianu” güclü yağışlar və saatda 130 km-ə çatan küləklərlə müşayiət olunacaq.

Rəsmilər bildiriblər ki, siklon sahil ərazilərində ciddi fəsadlara səbəb ola bilər. Xüsusilə sel, torpaq sürüşmələri və fırtına dalğaları təhlükəsi yüksək qiymətləndirilir. Bəzi yerlərdə dalğaların hündürlüyünün 13 metrə qədər çatacağı ehtimal olunur.

Artıq bir neçə bölgədə fövqəladə vəziyyət elan edilib. Vakatan şəhərində isə bəzi ərazilər üçün təxliyə əmri verilib. Yerli idarəetmə orqanları sakinlərə ən azı iki gün evlərindən uzaqda qalmağa hazır olmalarını tövsiyə edib.

Yeni Zelandiya Baş naziri Kristofer Lakson əhaliyə müraciət edərək, ehtiyatlı olmağa çağırıb. O, kanalizasiya və drenaj sistemlərinin yoxlanılmasını, qonşularla əlaqədə olmağı və mümkün elektrik kəsintilərinə hazır olmağı tövsiyə edib.

Qeyd edək ki, “Vaianu” siklonu ölkədə 2023-cü ildə baş verən və 11 nəfərin ölümünə səbəb olan “Gabriel” siklonunun acı xatirələrini yenidən gündəmə gətirib.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

İngilis yazıçı Londranın “çatışmayan” sözünü tapdı: “Kolay gelsin” ingiliscəyə keçməlidir

Aynur Camal

BMT baş katibi Quterreş Yaxın Şərqdə danışıqlara çağırdı

Aynur Camal

Həmişə “böhran rejimi”ndəsiniz? Fəlakətli düşüncə nədir və necə dayandırmaq olar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu