ABŞ prezidenti Donald Trump Çinlə bağlı yeni açıqlama verərək bu ölkənin Hörmüz boğazının daimi açıq qalmasından məmnun olduğunu bildirib.
Tramp sosial media platforması Truth Social üzərindən etdiyi paylaşımda qeyd edib ki, bu addımı təkcə Çin üçün deyil, bütün dünya üçün atdığını düşünür.
“Bir daha belə vəziyyət olmayacaq”
ABŞ prezidenti vurğulayıb ki, yaranmış vəziyyətin təkrarlanmayacağına inanır və əlavə edib:
“Çin İrana silah göndərməməyi qəbul edib”.
Tramp həmçinin bildirib ki, Çin rəhbəri Si Cinpin ilə münasibətləri müsbətdir və yaxın həftələrdə planlaşdırılan görüş zamanı bunun bir daha təsdiqlənəcəyini gözləyir.
“Müharibədən yaxşısı əməkdaşlıqdır”
ABŞ lideri açıqlamasında ölkələr arasında əməkdaşlığın daha üstün olduğunu qeyd edərək belə deyib:
“Bu, müharibə aparmaqdan daha yaxşı deyilmi? Amma unutmayın ki, lazım gəlsə, biz bu sahədə də hamıdan güclüyük”.
Açıqlama beynəlxalq arenada gərginliyin davam etdiyi və İranla bağlı danışıqların növbəti mərhələsinin gözlənildiyi bir dövrdə səsləndirilib.
Mənbə: Trt.haber
