Yuxu ilə bağlı bəzi xalq inancları bu gün də geniş yayılıb. Mütəxəssislər bu inancları həm mistik, həm də məntiqi baxımdan izah edirlər.
1. Güzgü qarşısında yatmaq olmaz
İnanclara görə, güzgü qarşısında yatmaq insanın enerjisini azaldır. Keçmişdə güzgülərin hazırlanmasında zərərli maddələrdən istifadə olunduğu üçün onları yataqdan uzaq saxlamaq tövsiyə edilirdi.
2. Qapıya tərəf ayaq uzadaraq yatmaq olmaz
Xalq arasında belə hesab olunur ki, bu vəziyyətdə yatmaq uğursuzluq gətirir. Bəzi inanclarda bu, dəfn ənənələri ilə əlaqələndirilir. Digər tərəfdən, Şərq təlimlərinə görə, bu halda insanın enerjisi zəifləyir.
3. Gün batarkən yatmaq yaxşı sayılmır
Köhnə inanclara görə, gün batımı vaxtı ruhlar aləmi ilə bağlı mistik məqamdır və bu saatlarda yatmaq təhlükəli hesab olunub. Elmi baxımdan isə bunun konkret sübutu yoxdur.
4. Yatan insanı şəkilə çəkmək olmaz
Bəzi inanclara görə, yuxuda olan insan zəif vəziyyətdə olur və onun şəkilini çəkmək mənfi təsir yarada bilər. Bu düşüncə XIX əsrdə vəfat etmiş insanların şəkillərinin çəkilməsi ənənəsi ilə də əlaqələndirilir.
5. Corabla yatmaq tövsiyə olunmur
Corab ayaqları isti saxlayır, lakin bu, bədənin həddindən artıq qızmasına səbəb ola bilər. Normal yuxu üçün bədən temperaturunun bir qədər aşağı olması vacibdir. Sıx corablar isə qan dövranına mənfi təsir göstərə bilər.
6. Yataq otağında bəzi bitkilər saxlanmamalıdır
Bəzi bitkilər gecə saatlarında oksigeni daha çox istifadə edir. Bu da qapalı məkanda havanın keyfiyyətinə təsir göstərə bilər. Xalq inanclarında isə bəzi bitkilərin “enerji aldığı” iddia olunur.
Mənbə: mail.ru
