Digər

Təhlükəli beyin xəstəliyi niyə orta yaş böhranı ilə səhv salınır

Nevroloq və reabilitoloq Marina Anikina ciddi beyin xəstəliyinin tez-tez gec diaqnoz qoyulmasının səbəblərini açıqlayıb.

Onun sözlərinə görə, lobno‑gicgah degenerasiyası (frontotemporal degenerasiya) adlanan neyrodegenerativ xəstəlik adətən 53–55 yaşlarda özünü göstərir. Lakin ilkin mərhələdə yaranan əlamətlər çox vaxt yanlış qiymətləndirilir.

Əlamətlər niyə səhv başa düşülür?

Həkim bildirib ki, xəstəliyin ilk dövründə əsasən davranış dəyişiklikləri müşahidə olunur. Bu dəyişikliklər isə tez-tez orta yaş böhranı və ya xarakter problemləri kimi qəbul edilir. Nəticədə xəstəlik uzun müddət diaqnoz qoyulmadan qalır.

Məşhur nümunə

Mütəxəssis bu xəstəliyə nümunə kimi Bruce Willisi göstərib. Onun sözlərinə görə, aktyorda davranış dəyişikliyi və informasiyanı qavramaqda çətinliklər məhz 50 yaşdan sonra başlayıb.

Erkən diaqnoz vacibdir

Həkimlər vurğulayır ki, bu tip əlamətlər ciddi qəbul olunmalı və vaxtında mütəxəssisə müraciət edilməlidir. Çünki erkən diaqnoz xəstəliyin gedişini nəzarətdə saxlamağa kömək edə bilər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Everestdə yeni sürət rekordu: ABŞ-li alpinist zirvəyə 9 saat 55 dəqiqəyə çatdı

Aynur Camal

İran: xarici güclər ölkəyə qarşı “yumşaq müharibə” metodlarından istifadə edir

Aynur Camal

Paltar qurutmağa görə 1500 avro cərimə tətbiq ediləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu