İsrail ərazisində on minlərlə arıdan ibarət böyük sürülərin qəfil yayılması ölkədə ciddi panikaya səbəb olub.
Hadisə xüsusilə ölkənin cənubunda yerləşən Netivot bölgəsində daha kəskin şəkildə müşahidə edilib. Arı sürüləri göy üzünü “sarı bulud” kimi örtərək görmə məsafəsini xeyli azaldıb.
Uçuşlar müvəqqəti dayandırılıb
Arıların təyyarə mühərriklərinə daxil olma riskinə görə İsrail Hərbi Hava Qüvvələrinə məxsus uçuşlar müvəqqəti olaraq dayandırılıb. Aeroport və uçuş zolaqlarında fəaliyyət tamamilə məhdudlaşdırılıb.
Əhaliyə sərt xəbərdarlıq
Rəsmilər əhaliyə “evdən çıxmayın, qapı və pəncərələri bağlı saxlayın” çağırışı edib. Bəzi bölgələrdə vəziyyət sanki fövqəladə rejimə yaxın səviyyəyə çatıb.
Gündəlik həyat iflic olub
Netivot şəhərində və ətraf ərazilərdə açıq hava fəaliyyəti dayandırılıb, insanlar evlərində qalmağa məcbur olub. Allergik reaksiyalar və arı hücumu riski səbəbilə təhlükəsizlik tədbirləri gücləndirilib.
Səbəb kimi iqlim dəyişiklikləri göstərilir
Mütəxəssislər hadisənin səbəbi kimi ani iqlim dəyişiklikləri və ekoloji balansın pozulmasını ehtimal edirlər. Arı sürülərinin nəzarət altına alınması üçün xüsusi qruplar fəaliyyət göstərir.
Hazırda hadisə nəticəsində xəsarət alan və ya ölənlə bağlı rəsmi məlumat yoxdur. Vəziyyət nəzarət altında saxlansa da, bölgədə “arı həyəcanı” davam edir.

Mənbə: EnsonHaber
