15 C
Baku
16 Aprel 2026, 15:01
Digər

Arı sürüləri uçuşları dayandırdı – əhaliyə “evdən çıxmayın” çağırışı

İsrail ərazisində on minlərlə arıdan ibarət böyük sürülərin qəfil yayılması ölkədə ciddi panikaya səbəb olub.

Hadisə xüsusilə ölkənin cənubunda yerləşən Netivot bölgəsində daha kəskin şəkildə müşahidə edilib. Arı sürüləri göy üzünü “sarı bulud” kimi örtərək görmə məsafəsini xeyli azaldıb.

Uçuşlar müvəqqəti dayandırılıb

Arıların təyyarə mühərriklərinə daxil olma riskinə görə İsrail Hərbi Hava Qüvvələrinə məxsus uçuşlar müvəqqəti olaraq dayandırılıb. Aeroport və uçuş zolaqlarında fəaliyyət tamamilə məhdudlaşdırılıb.

Əhaliyə sərt xəbərdarlıq

Rəsmilər əhaliyə “evdən çıxmayın, qapı və pəncərələri bağlı saxlayın” çağırışı edib. Bəzi bölgələrdə vəziyyət sanki fövqəladə rejimə yaxın səviyyəyə çatıb.

Gündəlik həyat iflic olub

Netivot şəhərində və ətraf ərazilərdə açıq hava fəaliyyəti dayandırılıb, insanlar evlərində qalmağa məcbur olub. Allergik reaksiyalar və arı hücumu riski səbəbilə təhlükəsizlik tədbirləri gücləndirilib.

Səbəb kimi iqlim dəyişiklikləri göstərilir

Mütəxəssislər hadisənin səbəbi kimi ani iqlim dəyişiklikləri və ekoloji balansın pozulmasını ehtimal edirlər. Arı sürülərinin nəzarət altına alınması üçün xüsusi qruplar fəaliyyət göstərir.

Hazırda hadisə nəticəsində xəsarət alan və ya ölənlə bağlı rəsmi məlumat yoxdur. Vəziyyət nəzarət altında saxlansa da, bölgədə “arı həyəcanı” davam edir.

İsraildə Arı sürüləri Gündəlik həyatı iflic etdi

Mənbə: EnsonHaber

Aynur Camal

Oxşar xəbərlər

Senat yarışlarında Respublikaçıların zəifləməsi Trampı çətinə salır

Aynur Camal

Ukraynada gecə hücumları: Kiyev, Odessa və Dniproda 12 nəfər həlak olub

Aynur Camal

Bir məşq 8 xroniki xəstəlik riskini azaldır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu