BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) məlumatına görə, 2025-ci ildə dünyada təxminən 8 min qeyri-qanuni miqrant daha təhlükəsiz həyat axtararkən həyatını itirib və ya itkin düşüb.
Təşkilatın nümayəndəsi Maria Moita bildirib ki, bu göstəricilər qlobal miqrasiya böhranının nə qədər ciddi olduğunu göstərir və “qarşısı alına biləcək faciələrin qarşısının alınmasında kollektiv uğursuzluğu” əks etdirir.
Ən çox ölüm halları Asiya regionunda qeydə alınıb. Qurbanlar arasında Arakan müsəlmanları və Əfqanıstan vətəndaşları da var.
2014-cü ildən bəri IOM-un layihələri vasitəsilə ən azı 340 min nəfərin miqrasiya ilə bağlı dəstək aldığı qeyd olunub.
Ekspertlər bildirir ki, münaqişələr, iqlim dəyişiklikləri və iqtisadi səbəblər insanların miqrasiya yollarını dəyişməyə davam edir və riskləri daha da artırır.
Mənbə: TrtHaber
