Image default
Digər

Donald Tramp İrana çağırış etdi: edama məhkum qadınları azad edin

ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyinə müraciət edərək edam cəzasına məhkum edilmiş 8 qadının azad olunmasını istəyib.

Tramp bu çağırışı özünün Truth Social hesabında paylaşıb və bildirib ki, bu addım iki ölkə arasında mümkün danışıqlar üçün müsbət başlanğıc ola bilər.

ABŞ lideri qeyd edib ki, qadınların azad edilməsi qarşılıqsız qalmayacaq və diplomatik münasibətlərdə yeni mərhələnin başlanmasına səbəb ola bilər. O, həmçinin humanitar mövqedən çıxış edərək “onlara zərər verməyin” mesajını da verib.

Hazırda ABŞ ilə İran arasında gərginlik davam edir və yaxın vaxtlarda tərəflər arasında nümayəndələr səviyyəsində danışıqların başlanacağı gözlənilir.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Aİ qüvvələri Aralıq dənizində şübhəli neft tankerinə baxış keçirdi

Aynur Camal

22 İyul – Azərbaycan milli mətbuatı 151 yaşını qeyd edir

Aynur Camal

Həbsxanaya narkotik aparan pişik saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu