Digər

Pentaqon açıqladı: ABŞ Donanma katibi vəzifəsindən ayrıldı

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ölkənin hərbi rəhbərliyində baş verən mühüm dəyişikliklə bağlı açıqlama yayıb. Bildirilib ki, ABŞ Donanma katibi Con Felan vəzifəsindən ayrılıb.

Nazirliyin sözçüsü Şon Parnell sosial media hesabında paylaşdığı məlumatda Felanın postunu tərk etdiyini təsdiqləyib. O, qərarın səbəbləri ilə bağlı ətraflı məlumat verməyib.

Parnell ABŞ Müdafiə Nazirliyi adından Felana indiyədək göstərdiyi xidmətlərə görə təşəkkür edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Açıqlamaya əsasən, ABŞ Donanma katibi vəzifəsini müvəqqəti olaraq Donanma müsteşarı Hunq Kao icra edəcək.

Qeyd edək ki, ABŞ ordusunda yüksək vəzifəli şəxsin qəfil istefası diqqət çəkib və bu dəyişiklik hərbi dairələrdə geniş müzakirələrə səbəb olub.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Nizə zərbəsi ilə öldürülmüş neandertalın qalıqları aşkarlandı

Aynur Camal

Hazır qidalar beyində gizli zədələnmə riskinin artması ilə əlaqələndirilib

Aynur Camal

Tramp Kanadanın ABŞ-nin 51-ci ştatı olacağını yenidən iddia etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu