11 C
Baku
23 Aprel 2026, 17:39
Digər

Həkim xəbərdarlıq edir: 3-cü mərtəbəyə qalxarkən nəfəs darlığı ciddi xəstəlik əlaməti ola bilər

Həkimlər xəbərdarlıq edir ki, adi fiziki yüklənmə zamanı yaranan nəfəs darlığı normal sayılsa da, yüngül hərəkət zamanı baş verən bu hal ciddi sağlamlıq probleminin göstəricisi ola bilər.

Rusiyalı pulmonoloq Sergey Avdeyevin sözlərinə görə, sakit tempdə cəmi üçüncü mərtəbəyə qalxarkən nəfəs darlığının yaranması Xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) kimi ciddi xəstəliyin əlaməti ola bilər.

Mütəxəssis bildirir ki, bu xəstəlik zamanı tənəffüs yolları xroniki iltihab səbəbindən daralır və ağciyərlər qaz mübadiləsini normal şəkildə həyata keçirə bilmir. Nəticədə nəfəs alma çətinləşir və zamanla daha da ağırlaşır.

Həkim qeyd edir ki, qaçış, sürətli yerimə və ya yüksək mərtəbələrə qalxarkən nəfəsin tezləşməsi normal fizioloji reaksiyadır və adətən 1–2 dəqiqə ərzində keçir. Lakin əgər insan sakit şəkildə hərəkət edərkən belə nəfəs darlığı hiss edirsə, bu, mütləq tibbi müayinəyə ehtiyac olduğunu göstərir.

Xüsusilə əvvəllər asanlıqla qalxılan məsafənin artıq çətinləşməsi diqqət çəkən siqnaldır. Mütəxəssis vurğulayır ki, xəstəlik gizli inkişaf edə bilər və insanlar zamanla fiziki aktivliyi azaltmaqla vəziyyətə uyğunlaşırlar, bu isə problemin daha da dərinləşməsinə səbəb olur.

Risk qrupuna əsasən 40 yaşdan yuxarı şəxslər, zərərli istehsalat sahələrində çalışanlar, xroniki öskürəyi olanlar və ağciyər xəstəliklərinə meyilli insanlar daxildir.

Həkimlər belə hallarda vaxt itirmədən diaqnostika aparılmasını və erkən müdaxilənin vacibliyini tövsiyə edir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Səhər yeməyi ilə nə içmək daha faydalıdır: qəhvə, yoxsa portağal şirəsi?

Aynur Camal

Pentaqon açıqladı: ABŞ Donanma katibi vəzifəsindən ayrıldı

Aynur Camal

Trampın komandası Dünya Kuboku ilə bağlı mübahisəli təklif irəli sürdü: İranın yerinə İtaliya çağırılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu