17 C
Baku
24 Aprel 2026, 17:45
Digər

“Neft obyektlərimizə hücum olarsa, Səudiyyə Ərəbistanının enerji infrastrukturu hədəf alınacaq”

İran rəhbərliyi ölkənin enerji infrastrukturuna mümkün hücumlara sərt cavab veriləcəyini açıqlayıb. İran prezidentinin müavini İsmail Sekab İsfahani bildirib ki, İranın neft obyektlərinə zərbə endirilərsə, cavab olaraq Səudiyyə Ərəbistanının enerji infrastrukturu hədəfə alınacaq.

IRNA agentliyinin məlumatına görə, İsfahani Tehranın İslamşəhr bölgəsində keçirilən etiraz aksiyasında çıxış edərək ABŞ və İsrailə qarşı sərt mesajlar verib. O, xüsusilə Donald Trumpın son bəyanatlarına toxunaraq, İranın bu təhdidlərdən çəkinmədiyini vurğulayıb.

İsfahani həmçinin qeyd edib ki, İranın cavab strategiyası mərhələli şəkildə hazırlanıb və “gözə-göz, dişə-diş” prinsipindən daha sərt addımlara qədər uzanır. Onun sözlərinə görə, ölkənin istənilən neft obyektinə hücum edilərsə, regionda qarşı tərəfin enerji obyektləri də hədəfə çevriləcək.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl İranın tələbləri qəbul etməyəcəyi halda ölkənin enerji obyektləri də daxil olmaqla mülki infrastrukturuna zərbələr endirilə biləcəyini bildirmişdi.

Bu açıqlamalar Yaxın Şərqdə onsuz da gərgin olan geosiyasi vəziyyətin daha da kəskinləşə biləcəyi ilə bağlı narahatlıqları artırır.

Mənbə:  TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Dezodorant səhər yoxsa axşam vurulmalıdır? – Mütəxəssislər cavab verdi

Aynur Camal

ABŞ silah ehtiyatları ilə bağlı çətin seçim qarşısında — The New York Times

Aynur Camal

Ekspert: İsrailin SEPAH rəhbərliyinə qarşı yeni əməliyyatları mümkündür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu