Digər

Trampdan İrana sərt mesaj: “Tezliklə ağıllı olmalıdırlar”

ABŞ və İsrail ilə İran arasında gərginlik davam etdiyi bir vaxtda ABŞ Prezidenti Donald Trump Tehrana yönəlik növbəti sərt açıqlama verib.

Tramp sosial şəbəkədə paylaşımında bildirib ki, İran nüvə olmayan sazişlə bağlı qərarsızlıq yaşayır:

“İran özünü toparlaya bilmir. Onlar nüvə olmayan sazişi necə imzalamağı bilmirlər. Tezliklə ağıllı olmalıdırlar”.

Atəşkəs və uğursuz danışıqlar

Xatırladaq ki, ABŞİsrail fevralın 28-də İran-a qarşı birgə hərbi əməliyyatlara başlamışdı. Buna cavab olaraq Tehran regiondakı ABŞ maraqlarına zərbələr endirmişdi.

Daha sonra 8 aprel tarixində Pakistan vasitəçiliyi ilə tərəflər arasında atəşkəs əldə olunsa da, İslamabadda keçirilən danışıqlar nəticəsiz başa çatıb.

Hörmüz boğazı əsas mübahisə mövzusu

Tramp bildirib ki, İranın son təklifini qəbul etməyib. Səbəb kimi isə Tehranın Hürmüz Boğazı ilə bağlı şərtlər irəli sürməsi və nüvə proqramı məsələsini gələcək danışıqlara saxlaması göstərilir.

Ekspertlərə görə, bu vəziyyət regionda gərginliyin davam edəcəyini göstərir və xüsusilə enerji bazarları üçün risk olaraq qalır.

Mənbə: AnadoluAgentliyi

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu