Sosial

Azərbaycanda artan yanğın riskləri: Obyektləri və həyatı gözlənilməz təhlükədən necə qorumalı?

Lider yanğın sistemləri

Bugun.tv xəbər verir ki, son zamanlar artan yanğın hadisələri ilkin yanğın avadanlıqlarının əhəmiyyətini bir daha gündəmə gətirir. Təhlükəsizlik mühəndisliyində peşəkar yanaşma ciddi tələbat yaradır. Beləki, son aylarda həm paytaxt Bakıda, həm də regionlarda baş verən bir neçə ciddi yanğın hadisəsi cəmiyyətdə təhlükəsizlik məsələlərini yenidən aktuallaşdırıb. İstər iri ticarət mərkəzləri, istər sənaye obyektləri, istərsə də yaşayış binalarında anidən başlayan alov qısa müddət ərzində milyonlarla manatlıq maddi ziyana və ən əsası, insan həyatı üçün birbaşa təhdidə çevrilir. Mütəxəssislərin və aidiyyəti qurumların apardığı təhlillər göstərir ki, bir çox hallarda fəsadların böyüməsinin əsas səbəbi hadisə yerində vaxtında müdaxilənin edilməməsi və zəruri təhlükəsizlik infrastrukturunun olmamasıdır.

Yanğınsöndürmə briqadaları hadisə yerinə çatanadək keçən ilk bir neçə dəqiqə “qızıl vaxt” hesab olunur. Məhz bu müddət ərzində alovun qarşısını almaq və ya lokallaşdırmaq üçün ilkin yanğın avadanlıqları həlledici rol oynayır. Təəssüf ki, bəzi obyekt sahibləri bu avadanlıqların quraşdırılmasına, sadəcə rəsmi prosedurları yola vermək üçün bir vasitə kimi baxırlar. Lakin real təhlükə anında keyfiyyətli və standartlara cavab verən bir odsöndürən balon bütöv bir binanın və onlarla insanın xilaskarı ola bilər.

Yanğınsöndürənlər
“Lider Yanğın” şirkətinin əməkdaşları

Yanğın təhlükəsizliyi, sadəcə avadanlıq almaqdan ibarət deyil; bu, dəqiq mühəndislik hesablamaları, düzgün layihələndirmə və mütəmadi texniki baxış tələb edən kompleks bir sistemdir. Azərbaycanda bu sahədə Fövqəladə Hallar Nazirliyinin (FHN) normalarına tam cavab verən və beynəlxalq standartları tətbiq edən şirkətlərin xidmətlərindən istifadə etmək zərurətdir.

Bu kritik ehtiyacı ölkə bazarında ən yüksək peşəkarlıqla qarşılayan və uzun illərin mühəndislik təcrübəsinə malik olan şirkətlərdən biri də “Lider Yanğın” müəssisəsidir. Sektorun aparıcı qurumlarından biri kimi çıxış edən şirkət, kiçik ofislərdən tutmuş irimiqyaslı sənaye zavodlarına və data mərkəzlərinə qədər hər bir məkanın spesifik risk dərəcəsini analiz edərək fərdi həllər təqdim edir.

Mövzunun əhəmiyyətini və ilkin yanğın avadanlıqlarının kritik rolunu nəzərə alaraq, məsələnin texniki tərəflərini öyrənmək üçün “Lider Yanğın” şirkətinin mütəxəssisləri ilə əlaqə saxladıq. Şirkətdən bildirdilər ki, alovla mübarizədə ilk saniyələr həlledicidir. “İlkin yanğınsöndürmə vasitəsi sayılan və obyektin risk dərəcəsinə uyğun seçilmiş odsöndürən balonlar fəlakətin qarşısını alan əsas alətdir. Məkanın spesifik xüsusiyyətlərindən asılı olaraq tətbiq edilən quru tozlu (ABC), karbon qazlı (CO2) və köpüklü sistemlər fərqli yanğın siniflərinə anında müdaxilə edərək, alovun mənbəyi böyümədən, saniyələr içində neytrallaşdırır. Fiziki təchizatla yanaşı, zərurət yarandıqda şirkətimiz personalın yanğın təhlükəsizliyi üzrə təlimatlandırılması məqsədilə xüsusi seminar, təlim və məşğələlər də həyata keçirir”.

Verdikləri dəyərli məlumata və təhlükəsizlik mədəniyyətinin inkişafına qatdıqları peşəkar yanaşmaya görə “Lider Yanğın” komandasına təşəkkür edirik. Unutmaq olmaz ki, həyat və əmlak təhlükəsizliyi şansa buraxıla bilməz, gözlənilməz riskləri idarə etməyin yeganə yolu məhz bu sahədə etibarlı, öz işini tam bilən peşəkar bir şirkətlə əməkdaşlıq etməkdir.

Aynur Camal

Oxşar xəbərlər

Bakıda gənclər üçün “LEVEL UP” Forumu keçiriləcək

Aynur Camal

“Oyun sonrası depressiya” nədir və kimlərdə baş verə bilər?

Aynur Camal

Qida məhsulu: Orqanlar və onların faydaları

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu