Dünya

İran İslam İnqilabı Keşikçiləri Korpusu Hürmüz boğazı ilə bağlı xəbərdarlıq edib

İran İslam İnqilabı Keşikçiləri Korpusu Hürmüz boğazında hərəkət edən gəmilərlə bağlı yeni xəbərdarlıq yayıb.

İranın xəbər agentliklərinin yaydığı məlumata görə, qurumun sözçüsü və ictimaiyyətlə əlaqələr üzrə məsul nümayəndəsi Hüseyn Muhibbi bildirib ki, Hürmüz boğazında müəyyən edilmiş keçid qaydalarını pozan gəmilər güc tətbiq edilməklə dayandırılacaq.

Hüseyn Muhibbi qeyd edib ki, boğazda tətbiq olunan qaydalarda hər hansı dəyişiklik yoxdur. Onun sözlərinə görə, İran tərəfindən müəyyənləşdirilmiş marşrut üzrə hərəkət edən mülki və ticarət gəmilərinin təhlükəsizliyi təmin ediləcək.

“Bu qaydalara zidd hərəkət edən digər dəniz vasitələri ciddi təhlükə ilə üzləşəcək. Qaydaları pozan gəmilər güc tətbiq edilərək saxlanılacaq”, – deyə o bildirib.

İran rəsmisi əlavə edib ki, bütün gəmiçilik şirkətləri və sığorta qurumları İnqilab Keşikçiləri tərəfindən yayılan rəsmi bildirişləri diqqətlə izləməlidirlər.

Bu açıqlama bölgədə gərginliyin davam etdiyi bir vaxtda verilib. İran tərəfi Hürmüz boğazında nəzarət tədbirlərinin əvvəlki qaydada davam etdirildiyini vurğulayıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Ermənistandakı şirkətləri ilə bağlı xəbərdarlıq etdi

Aynur Camal

Avropa banklarının ABŞ bankları ilə rəqabəti üçün böyüməsi tələb olunur

Aynur Camal

Aİ enerji şirkətlərinə əlavə vergi tətbiqini müzakirə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu