Səhiyyə

Maqnezium çatışmazlığının əsas əlamətləri açıqlanıb

Bugun.tv– xəbər verir ki, Pirogov Rusiya Milli Tədqiqat Tibb Universitetinin mütəxəssisi Denis Borozdenko orqanizmdə maqnezium çatışmazlığını göstərən əsas əlamətləri açıqlayıb.

Onun sözlərinə görə, maqnezium çatışmazlığı zamanı göz qapaqlarında dartınma, xüsusilə gecələr baldır nahiyəsində qıcolmalar, əzələ spazmları və ətraflarda keyimə müşahidə oluna bilər.

Mütəxəssis bildirib ki, nevroloji əlamətlər arasında əsəbilik, narahatlıq, yuxu pozğunluğu, xroniki yorğunluq, diqqətin cəmlənməsində çətinlik və baş ağrıları da yer alır. Ürək-damar sistemi ilə bağlı isə ürəkdöyünmə və ritm pozuntuları maqnezium çatışmazlığının mümkün əlamətləri hesab olunur.

Borozdenko vurğulayıb ki, maqnezium orqanizmdə enerji mübadiləsi üçün vacib elementdir və demək olar ki, hüceyrələrdə gedən bütün əsas proseslərdə iştirak edir. Yetkin insanın gündə təxminən 300–400 mq maqnezium qəbul etməsi tövsiyə olunur.

Maqneziumla zəngin qidalar sırasında tünd şokolad, avokado, kaju, badam, balqabaq toxumu, qarabaşaq yarması, skumbriya və ispanaq göstərilir.

Həkim eyni zamanda xəbərdarlıq edib ki, maqnezium əlavələrinin nəzarətsiz qəbulu, xüsusilə böyrək problemi olan insanlarda, sağlamlıq üçün təhlükə yarada bilər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Cift toxumasından əldə edilən hüceyrələr şəkərli diabet xəstələrinin sağalmayan yaralarına ümid verdi

Aynur Camal

Alimlər qan-beyin baryerinin yeni funksiyasını aşkar ediblər: Alzheimer müalicəsinə yol aça bilər

Aynur Camal

Piylənmə diaqnozunda yeni yanaşma: Təkcə boy və çəki kifayət etməyəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu