DünyaSiyasət

Benjamin Netanyahu: ABŞ-ın İsrailə maliyyə və hərbi yardımı mərhələli şəkildə dayandırılmalıdır

Bugun.tv xəbər verir ki, İsrailin Baş naziri Benjamin Netanyahu ABŞ-ın İsrailə ayırdığı maliyyə və hərbi yardımın mərhələli şəkildə dayandırılmasının tərəfdarı olduqlarını açıqlayıb.

60 Minutes proqramına müsahibəsində Netanyahu bildirib ki, hazırda İsrail yüksək texnologiyalara əsaslanan güclü iqtisadiyyata malikdir və buna görə də ABŞ-dan hər il ayrılan 3,8 milyard dollarlıq dəstəyin, eləcə də hərbi əməkdaşlığın maliyyə komponentinin zamanla sıfıra endirilməsi məqsədəuyğundur.

Onun sözlərinə görə, əsas məqsəd yardımdan tərəfdaşlıq modelinə keçməkdir. Netanyahu qeyd edib ki, uzunmüddətli perspektivdə bunun əvvəlcədən razılaşdırılmış proqram əsasında həyata keçirilməsi mümkündür.

İsrailin Baş naziri müsahibə zamanı həmçinin bildirib ki, ABŞ və İsrailin birgə addımları nəticəsində İran hazırda əvvəlki dövrlərlə müqayisədə daha zəif vəziyyətdədir. O iddia edib ki, İranın silah istehsalına və iqtisadi fəaliyyətinə xidmət edən bir sıra obyektlər sıradan çıxarılıb.

Netanyahu əlavə edib ki, ABŞ ilə birlikdə İrana qarşı təzyiq siyasəti, xüsusilə Hörmüz boğazı üzərində tətbiq olunan dəniz nəzarəti vasitəsilə davam etdirilir.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Ukrayna və Rusiya bir-birini ölümcül hücumlarda ittiham edir, Odessa limanına ziyan dəydi

Aynur Camal

Tayvan Çin hücumunu dəf etməyə hazırıq görür

Aynur Camal

Netanyahu Trampın Qəzzə planını “qeyri-məqbul” adlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu