Sosial

“Jurnalistin Hüquqi Sərhədləri” mövzusunda maarifləndirici təlim keçirilib

Bugun.tv xəbər verir ki, Bakı şəhərində yerləşən Golden Street Hoteldə media nümayəndələri üçün “Jurnalistin Hüquqi Sərhədləri” mövzusunda hüquqi maarifləndirici təlim təşkil olunub.

Təlim hüquqşünas Zaur Quliyevin iştirakı ilə keçirilib. Görüşdə jurnalistlərin peşə fəaliyyəti zamanı qarşılaşdıqları hüquqi məsələlər, media nümayəndələrinin hüquq və vəzifələri, informasiya əldə etmək hüququ, diffamasiya və təhqirlə bağlı hüquqi məsuliyyət, həmçinin media fəaliyyətində yarana biləcək hüquqi risklər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, real nümunələr əsasında hüquqi yanaşmalar izah olunub. Media nümayəndələri belə maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq, hüquqi biliklərin artırılmasının jurnalist fəaliyyəti baxımından vacib olduğunu qeyd ediblər.

Məlumata görə, tədbirin təşkilati və informasiya dəstəyi Edliyyeinfo.az⁠ tərəfindən həyata keçirilib. Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb və interaktiv müzakirələrlə yadda qalıb.

Mənbə: Edliyyeİnfo

Aynur Camal

Oxşar xəbərlər

Atatürk Universiteti Bakıda məzunlarını bir araya gətirəcək

Aynur Camal

TTKF ilə “Loqos” arasında əməkdaşlıq memorandumu imzalandı

Aynur Camal

Üzü daha gənc göstərən eynək çərçivələri açıqlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu