Maraqlı faktlar

Araşdırma: Maraq insanın öyrənmə və inkişafında mühüm rol oynayır

Bugun.tv xəbər verir ki, mütəxəssislərin fikrincə, maraq insanın genetik olaraq daşıdığı əsas xüsusiyyətlərdən biridir və yeni biliklər əldə etməyə, ətraf aləmi daha dərindən anlamağa kömək edir.

Psixoloqlar bildirirlər ki, maraq insanın bilmədiyi bir məsələ ilə qarşılaşdığı anda yaranır. Bu zaman beyində “maraq rejimi” işə düşür və insan mövcud bilgi boşluğunu doldurmaq üçün daha fəal şəkildə məlumat axtarmağa başlayır.

Todd Kashdan hesab edir ki, maraq insanın inkişafının əsas hərəkətverici qüvvələrindən biridir. Onun fikrincə, yeni bilik əldə etmək istəyi insana məqsəd və həyat mənası tapmaqda kömək edir.

Mütəxəssislər marağın iki əsas növünü fərqləndirirlər.

Birincisi, yeni biliklər qazanmaq və məlumatsızlığı aradan qaldırmaq istəyi ilə bağlı olan idraki maraqdır.

İkincisi isə insanların düşüncələri, hissləri və davranışları haqqında daha çox bilmək arzusu ilə bağlı olan empatik maraqdır.

Araşdırmalar göstərir ki, maraq yeni məlumatların yadda saxlanmasını asanlaşdırır, insan münasibətlərini gücləndirir və hətta ömür uzunluğuna müsbət təsir göstərə bilər.

Mütəxəssislər bildirirlər ki, marağı inkişaf etdirmək mümkündür. Bunun üçün daha çox sual vermək, fərqli mövzularda oxumaq, müxtəlif insanlarla ünsiyyət qurmaq, yeni sahələri araşdırmaq və gündəlik müşahidələrə daha diqqətli yanaşmaq tövsiyə olunur.

Alimlərin qənaətinə görə, insanın maraq hissini qoruyub saxlaması öyrənmə qabiliyyətini artırmaqla yanaşı, gündəlik həyatı da daha mənalı və rəngarəng edir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Afrikada “partlaya biləcək” göl: iki milyon insan üçün gizli təhlükə

Aynur Camal

Ev yığışdırmaq insanı daha sağlam və xoşbəxt edə bilər

Aynur Camal

Şəkəri azaltmağın 8 effektiv yolu: dietoloqdan tövsiyələr

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu