Bugun.tv xəbər verir ki, Vaşinqtonda fəaliyyət göstərən Defense Priorities analitik mərkəzinin baş elmi işçisi Jennifer Kavanagh ABŞ-ın Rusiyanın İrandan zənginləşdirilmiş uranın çıxarılması ilə bağlı təklifini dəstəkləməsinin məqsədəuyğun olacağını bildirib.
TASS-a açıqlamasında ekspert qeyd edib ki, ABŞ Prezidenti Donald Trump, Rusiya Prezidenti Vladimir Putinin İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması təşəbbüsünü qəbul etməlidir.
Onun fikrincə, əgər ABŞ və Rusiya İranın nüvə məsələsinin həllində birgə işləyə bilsələr, bu, tərəflər arasında daha geniş strateji dialoqun başlanğıcına çevrilə bilər. Kavanaq hesab edir ki, bu əməkdaşlıq gələcəkdə strateji sabitlik və digər təhlükəsizlik məsələləri üzrə danışıqların genişlənməsinə də şərait yaradar.
Mayın 9-da jurnalistlərlə söhbəti zamanı Vladimir Putin də bildirib ki, Rusiyanın İranın zənginləşdirilmiş uranının respublikadan çıxarılması ilə bağlı təklifləri hazırda müzakirə mərhələsindədir.
Rusiya liderinin sözlərinə görə, əgər bütün tərəflər razılığa gəlsələr, İran həmin materialları atom enerjisi sahəsində əməkdaşlıq etdiyi dost ölkəyə təhvil verə bilər. Putin vurğulayıb ki, Moskva bu təşəbbüsü İranın nüvə proqramı ətrafında etimadın möhkəmləndirilməsi baxımından müsbət addım hesab edir.
Mənbə: TASS
