“Dünyanın ən yüksək IQ göstəricisinə malik ölkələri” araşdırmasının nəticələri açıqlanıb.
Bugun.tv– xəbər verir ki, Beynəlxalq IQ Testinin (IIT) nəticələrinə əsasən, Şərqi Asiya ölkələri qlobal zəka reytinqində ilk sıralarda qərarlaşıb.
Araşdırmaya görə, orta IQ göstəricisi 107 olan Çin, Tayvan, Honq Konq və Makao siyahının zirvəsində yer alıb. Onları isə 106 göstərici ilə Cənubi Koreya və Yaponiya izləyib.
Məlumata əsasən, tədqiqat dünya üzrə 1,3 milyondan çox iştirakçının nəticələri əsasında hazırlanıb və indiyədək aparılan ən genişmiqyaslı qlobal müqayisələrdən biri hesab olunur.
Mütəxəssislər bildirirlər ki, Şərqi Asiya ölkələrinin yüksək nəticələri təhsil sistemi və akademik göstəricilərlə də əlaqəlidir. OECD-nin 2022-ci il üzrə PISA hesabatında Sinqapur riyaziyyat, elm və oxu bacarıqları üzrə birinci olub. Çin, Yaponiya, Tayvan və Cənubi Koreya da ilk beşlikdə yer alıb.
Bununla yanaşı, ekspertlər vurğulayırlar ki, IQ insan zəkanını müəyyən edən yeganə meyar deyil. Təhsil keyfiyyəti, innovasiya səviyyəsi və elmi nailiyyətlər kimi amillər də ölkələrin intellektual potensialının qiymətləndirilməsində mühüm rol oynayır.
Araşdırmada qeyd olunur ki, bəzi regionlarda aşağı IQ göstəriciləri daha çox təhsil imkanlarının məhdudluğu və sosial-iqtisadi fərqlərlə bağlıdır. Buna baxmayaraq, son nəticələr Şərqi Asiya ölkələrinin həm təhsil, həm də akademik uğurlar baxımından qlobal liderliyini bir daha ortaya qoyub.
Mənbə: Ensonhaber
