Bugun.tv xəbər verir ki, bungün saat 15:00-da UNEC nəzdində UNEC Sosial-İqtisadi Kolleci, Inclusive Organization Company (İnklüziv Təşkilat Şirkəti) və Ümidlə Gəl Xeyriyyə Layihəsinin birgə təşkilatçılığı ilə “Əngəlsiz Sabahlar” inklüziv təhsil və sosial inkişaf seminarı keçirilib.
Seminar çərçivəsində inklüziv yanaşmanın təhsil sistemində tətbiqi, innovativ ixtisas modellərinin yaradılması və gələcək perspektivlərin elmi-praktik aspektləri müzakirə olunub.
Tədbirdə çıxış edən spikerlər – UNEC nəzdində Sosial-İqtisadi Kollecin direktoru professor Mübariz Hacıbəyov, “Ümidlə Gəl” Xeyriyyə Layihəsinin rəhbəri Hacı Quliyev, “Inclusive Organization Company”nin təsisçisi və rəhbəri İbrahim Məmmədov, pedaqoq və beynəlxalq təlimçi Ülviyyə Hüseynli, həmçinin “Tərəqqi” Sosial-İqtisadi Araşdırmalar İctimai Birliyinin sədr müavini Fərid Mustafayev mövzu ilə bağlı sualları cavablandırıblar.
Eyni zamanda seminar zamanı tələbələrə gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələr və görüləcək işlər barədə məlumat verilib.









